Super Liqa: Ən çox dəyər itirən futbolçu Mauro İkardidir

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2020-ci ildən bəri ən çox dəyər itirmiş oyunçuların siyahısı açıqlanıb.

Arena.az xəbər verir ki, “Transfermarkt” internet-portalı Super Liqanın ən ucuzlaşmış futbolçularının onluğunu dərc edib.

Nüfuzlu portalın siyahısının zirvəsində “Qalatasaray”ın argentinalı hücumçusu Mauro İkardi yer alıb. Ümumiyyətlə, siyahıdakı futbolçulardan yeddisinin məhz “Qalatasaray”dan olması diqqət çəkir.

Super Liqa çərçivəsində 2020-ci ilin yanvarından bəri ən ucuzlaşmış futbolçuların onluğunu təqdim edirik (ümumi transfer dəyəri (-ucuzlaşma dəyəri)):

  1. Mauro İkardi (“Qalatasaray”) – 20 milyon avro (-55 milyon avro);
  2. Nikolas Pepe (“Trabzonspor”) – 11 milyon avro (-54 milyon avro);
  3. Tanquy Ndombele (“Qalatasaray”) – 15 milyon avro (-50 milyon avro);
  4. Davinson Sançes (“Qalatasaray”) – 16 milyon avro (-44 milyon avro);
  5. Vilfred Zaha (“Qalatasaray”) – 17 milyon avro (-38 milyon avro);
  6. Hakim Ziyeş (“Qalatasaray”) – 12 milyon avro (-38 milyon avro);
  7. Lukas Torreyra (“Qalatasaray”) – 16 milyon avro (-29 milyon avro);
  8. Aleks Oksleyd-Çemberlen (“Beşiktaş”) – 6 milyon avro (-29 milyon avro)
  9. Çağlar Söyüncü (Fənərbaxça) – 12 milyon avro (-28 milyon avro)
  10. Milot Raşiça (“Beşiktaş”) – 7,5 milyon avro (27,5 milyon avro).
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: