Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 28-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.
“Adana Dəmirspor” doğma meydanda “Fatih Karagümrük”ə minimal hesabla qalib gəlib. Meydan sahiblərinin heyətində Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev 90 dəqiqə forma geyinib.
“Antalyaspor” da “Qaziantep”lə ev oyununda tək qolla qalib gəlib.
Dörd qolun qeydə alındığı “Alanyaspor” – “Trabzonspor” matçında da meydan sahibləri inamlı qələbəyə seviniblər.
Beləliklə, 28 turdan sonra 75 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 73 xalla 2-ci pillədə qərarlaşıb. “Trabzonspor” və “Beşiktaş” 46, “Kasımpaşa” 40, “Başakşəhər” və “Rizəspor” 39, “Antalyaspor” və “Sivasspor” 38, “Adana Dəmirspor” və “Kayserispor” 45, “Samsunspor” və “Alanyaspor” 33 xal toplayıblar.
Türkiyə, Super Liqa
28-ci tur
1 mart
Kasımpaşa – Sivasspor 0:0
2 mart
Ankaragücü – İstanbulspor 1:1
Qollar: Bassoqoq, 53 – Loşay, 45+8.
Rizəspor – Kayserispor 3:0
Qollar: Şelvi, 62. Zeqiri, 81. Vareşanoviç, 90.
Hatayspor – Fənərbaxça 0:2
Qollar: Osayi-Samuel, 24. C.Ünder, 40.
3 mart
Başakşəhər – Samsunspor 1:0
Qollar: Aleksiç, 47.
Pendikspor – Konyaspor 0:2
Qollar: Çikalleşi, 12-pen. Etemi, 73.
Beşiktaş – Qalatasaray 0:1
Qol: Əl Musrati, 2-öz qapısına.
4 mart
Adana Dəmirspor – Fatih Karagümrük 1:0
Qol: Balotelli, 27-pen.
Alanyaspor – Trabzonspor 3:1
Qollar: O.Aydın, 8; 38. E.Karaca, 73 – Pepe, 90+5.
Antalyaspor – Qaziantep 1:0
Qol: Larsson, 40.