Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 24-cü turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında çempionatın aşkar autsayderi “Adana Dəmirspor” doğma meydanda “Antalyaspor”la üz-üzə gəlib. Tərəflər yekunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
24-cü turun qalan qarşılaşmaları 15-17 fevral aralığında keçiriləcək.
Türkiyə, Super Liqa
24-cü tur
14 fevral
Adana Dəmirspor – Antalyaspor 1:1
Qollar: Aliui, 28-pen – Larsson, 45.
15 fevral
14:30. Qaziantep – Sivasspor
17:00. Başakşəhər – Bodrumspor
20:00. Beşiktaş – Trabzonspor
16 fevral
14:30. Hatayspor – Alanyaspor
17:00. Eyüpspor – Kayserispor
17:00. Konyaspor – Samsunspor
20:00. Fənərbaxça – Kasımpaşa
17 fevral
21:00. Rizəspor – Qalatasaray