Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 19-cu turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Qaziantep” – “Pendikspor” oyununda qalib müəyyənləşməyib.
“Antalyaspor” – “Alanyaspor” görüşündə ümumiyyətlə qapılara qol vurulmayıb.
“Beşiktaş” isə doğma meydanda “Kasımpaşa”ya məğlub olub. Bu, İstanbul nəhənginin ev oyunlarındakı ardıcıl üçüncü məğlubiyyətidir.
Türkiyə, Super Liqa
19-cu tur
5 yanvar
Qaziantep – Pendikspor 2:2
Qollar: Draquş, 12. O.Özçiçek, 49 – E.Özgənc, 77. E.Yardımcı, 80.
Antalyaspor – Alanyaspor 0:0
Beşiktaş – Kasımpaşa 1:3
Qollar: S.Kılıçsoy, 45+2 – Da Kosta, 41; 80; 83.
6 yanvar
14:30. Rizəspor – Hatayspor
17:00. Başakşəhər – Adana Dəmirspor
20:00. Ankaragücü – Trabzonspor
20:00. Samsunspor – Fatih Karagümrük
7 yanvar
14:30. Kayserispor – Sivasspor
17:00. İstanbulspor – Fənərbaxça
20:00. Qalatasaray – Konyaspor


