Super Liqa: “Beşiktaş” “Qaziantep”ə də uduzdu

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 29-cu turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Turun qapanış matçında “Qaziantep” doğma meydanda “Beşiktaş”la münasibətlərinə aydınlıq gətirib. Uğursuz mövsüm keçirən İstanbul təmsilçisi ardıcıl ikinci məğlubiyyətinə üzülüb. “Qara qartallar” ötən tur “Qalatasaray”la matçdan da xalsız ayrılmışdılar.

Beləliklə, 29 turdan sonra 78 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 76 xalla 2-ci “Trabzonspor” 49 xalla 3-cü pillədə qərarlaşıb. “Beşiiktaş” 46, “Kasımpaşa” 43, “Başakşəhər” 42 xal toplayıb.

Türkiyə, Super Liqa
29-cu tur
8 mart

Qalatasaray – Rizəspor 6:2
Qollar: D.Kon, 9. L.Torreyra, 31. K.Demirbay, 40; 45; 64-pen. M.İkardi, 85 – Hoyer, 38. Olavoyin, 61.

9 mart

Sivasspor – Alanyaspor 1:2
Qollar: Manay, 64 – Koka, 49. O.Aydın, 79.

Konyaspor – Adana Dəmirspor 2:2
Qollar: Çikalleşi, 9-pen; 45-pen – Y.Erdoğan, 32. Balotelli, 87.

Başakşəhər – Antalyaspor 1:0
Qol: Opoku, 90+1.

Trabzonspor – Fatih Karagümrük 5:1
Qollar: Bardi, 32. Biraski, 64-öz qapısına. Trezeqe, 70. Pepe, 76. U.Bozok, 90+3 – Markao, 14.

10 mart

Kayserispor – Hatayspor 1:1
Qollar: Burabiya, 23 – D.Sinik, 2.

İstanbulspor – Kasımpaşa 1:2
Qollar: Loşay, 25 – Da Kosta, 53. Ben Uanes, 71.

Samsunspor – Ankaragücü 2:1
Qollar: Holse, 12. Ntçam, 82 – A.Öztürk, 14-öz qapısına.

Fənərbaxça – Pendikspor 4:1
Qollar: M.H.Yandaş, 59. Batşuayi, 87-pen. F.Kadıoğlu, 90+4. İ.C.Kahveci, 90+9 – H.Akbunar, 30.

11 mart

Qaziantep – Beşiktaş 2:0
Qollar: Soresku, 9. Draquş, 85.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: