Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 37-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Trabzonspor” – “Samsunspor” matçında qalib müəyyənləşməyib. “Kayserispor” – “Bodrumspor” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Konyaspor” evdə “Alanyaspor”a, “Başakşəhər” “Adana Dəmirspor”a, “Beşiktaş” isə “Rizəspor”a məğlub olub.
Qeyd edək ki, bu nəticələrdən sonra “Bodrumspor”un da elitanı tərk edəcəyi dəqiqləşib.
37-ci tura mayın 26-da keçiriləcək “Hatayspor” – “Fənərbağça” matçı ilə yekun vurulacaq.
Türkiyə, Super Liqa
37-ci tur
24 may
Qaziantep – Kasımpaşa 2:2
Qollar: Maksim, 24-pen. Ndiaye, 45+5 – Fall, 51. Da Kosta, 68.
Göztəpə – Qalatasaray 0:2
Qollar: K.Ayhan, 70. Morata, 90+1.
Eyüpspor – Antalyaspor 2:1
Qollar: Tiam, 40. Ampem, 42 – Qaiç, 87.
25 may
Başakşəhər – Adana Dəmirspor 2:3
Qollar: Keni, 20. Operi, 35 – Y.Barasi, 32-pen. Aliui, 65. Aymbetov, 90+4.
Beşiktaş – Rizəspor 1:2
Qollar: Joao Mario, 64 – S.Akaydın, 61. Sou, 90+1.
Kayserispor – Bodrumspor 1:1
Qollar: Nazon, 62 – Brazao, 13.
Konyaspor – Alanyaspor 1:2
Qollar: U.Nayir, 52 – Hvanq, 38. Y.Özdəmir, 40.
Trabzonspor – Samsunspor 2:2
Qollar: Malyeyro, 86; 88 – E.Kılınc, 27. Marius, 89.
26 may
21:00. Hatayspor – Fənərbağça


