Super Liqa: “Eyüpspor”dan “Adana Dəmirspor” 6 cavabsız qol

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 31-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Eyüpspor” “Adana Dəmirspor”u qəbul edib. Meydan sahibləri Adana təmsilçisi üzərində 6:0 hesablı qələbəyə seviniblər.

Beləliklə, Super Liqada geridə qalmış 31 turdan sonra 74 xal toplamış “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 71 xalla ikinci, “Samsunspor” 51 xalla üçüncü pillədə qərarlaşıb. Bu gün növbəti qələbəsini rəsmiləşdirmiş “Eyüpspor” xallarının sayını 50-yə çatdıraraq 4-cü sıraya yüksəlib.

“Beşiktaş” 48, “Başakşəhər” 45, “Qaziantep” 42, “Antalyaspor” 40, “Trabzonspor”, “Göztəpə” və “Kasımpaşa” 39, “Konyaspor” 37, “Kayserispor” 36, “Bodrumspor” və “Rizəspor” 34 xal toplayıblar. Elitanı tərk etməli olacaq son dörd pillədə isə “Sivasspor” (31), “Alanyaspor” (31), “Hatayspor” (19) və “Adana Dəmirspor” (-2) qərarlaşıblar.

Türkiyə, Super Liqa
31-ci tur

11 aprel

Samsunspor – Qalatasaray 0:2
Qollar: Y.Akgün, 14. Osimhen, 46.

12 aprel

Konyaspor – Göztəpə 1:0
Qol: Kramer, 24.

Beşiktaş – Başakşəhər 0:2
Qollar: Y.Sarı, 62; 76.

Bodrumspor – Antalyaspor 0:0

13 aprel

Qaziantep – Hatayspor 2:1
Qollar: Boatenq, 45+2. H.Dərvişoğlu, 59 – V.Abubakar, 38.

Kayserispor – Kasımpaşa 1:0
Qol: M.Kardozo, 76.

Sivasspor – Fənərbağça 1:3
Qollar: E.Bəkiroğlu, 57 – Taliska, 42. D.Tadiç, 47; 90.

Trabzonspor – Rizəspor 2:0
Qollar: Zubkov, 15; 21.

14 aprel

Eyüpspor – Adana Dəmirspor 6:0
Qollar: Tiam, 10. E.Akbaba, 21; 50. U.Bozok, 30. T.Bingöl, 78. H.Akbunar, 87.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: