Super Liqa: “Fənərbağça” “Antalyaspor”u 2 qolla yendi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 7-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.

“Kayserispor” – “Gənclərbirliyi” matçında qalib müəyyənləşməyib. “Konyaspor” doğma meydanda “Başakşəhər”ə, “Kasımpaşa” isə səfərdə “Rizəspor”a qalib gəlib. “Fənərbağça” da “Antalyaspor”la ev oyunundan inamlı qələbə ilə ayrılıb.

7-ci tura sentyabrın 29-da keçiriləcək “Beşiktaş” – “Kocaelispor” matçı ilə yekun vurulacaq.

Türkiyə, Super Liqa
7-ci tur

26 sentyabr

Alanyaspor – Qalatasaray 0:1
Qol: İkardi, 23.

27 sentyabr

Eyüpspor – Göztəpə 0:0

Qaziantep – Samsunspor 2:2
Qollar: Lunqoyi, 45. Abena, 75 – Drongelen, 4. Ndiaye, 19.

Karagümrük – Trabzonspor 3:4
Qollar: T.Çukur, 28. Fofana, 90+1; 90+2 – F.Auqusto, 19. Onuaçu, 35; 45+8-pen. Sikan, 88.

28 sentyabr

Konyaspor – Başakşəhər 2:1
Qollar: Ndao, 16. Opoku, 45+1-öz qapısına – Şomurodov, 57.

Rizəspor – Kasımpaşa 1:2
Qollar: Papanikolau, 60 – Qeye, 35. Uanes, 90+3.

Fənərbağça – Antalyaspor 2:0
Qollar: Talişka, 65-pen. Şimanski, 90+2.

Kayserispor – Gənclərbirliyi 1:1
Qollar: Tuçi, 90+1 – O.Ülgün, 26.

29 sentyabr

21:00. Beşiktaş – Kocaelispor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: