Super Liqa: “Fənərbağça” Bodrumda 4 qola sevindi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 29-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Üç qolun vurulduğu “Antalyaspor” – “Alanyaspor” matçında meydan sahibləri qalib gəliblər. “Kayserispor” “Hatayspor”u doğma meydanda 5, “Konyaspor” da “Qaziantep”u tək qolla məğlub edib. Altı qolluq “Bodrumspor” – “Fənərbağça” görüşü isə qonaqların inamlı qələbəsiylə yekunlaşıb.

Turun qalan görüşləri martın 29-da və 31-də keçiriləcək.

Türkiyə, Super Liqa
29-cu tur
28 mart

Antalyaspor – Alanyaspor 2:1
Qollar: Samudio, 43. Qaiç, 81 – Kordova, 22.

Kayserispor – Hatayspor 5:0
Qollar: A.Karimi, 2. Bahoken, 37. R.Çivelek, 59. Nazon, 69. T.Sarıarslan, 89.

Bodrumspor – Fənərbağça 2:4
Qollar: Puşkaş, 31-pen. Fredi, 85 – Şkrinyar, 5. O.Aydın, 32. Şimanski, 36. Taliska, 45-pen.

Konyaspor – Qaziantep 1:0
Qol: Kramer, 67.

29 mart

14:30. Sivasspor – Adana Dəmirspor
17:00. Samsunspor – Kasımpaşa
17:00. Trabzonspor – Göztəpə
21:30. Beşiktaş – Qalatasaray

31 mart

21:00. Eyüpspor – Başakşəhər

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: