Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 37-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış oyununda “Hatayspor” “Fənərbağça”nı qəbul edib. Altı qolun qeydə alındığı bu oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər.
Beləliklə, Super Liqada cari mövsümün yekunlaşmasına bir tur qalmış “Qalatasaray” 92 xalla vahid liderdir. “Fənərbağça” 81 xalla ikinci, “Samsunspor” 61 xalla üçüncü, “Beşiktaş” 59 xalla dördüncü pillədə qərarlaşıb. “Başakşəhər”in 54, “Eyüpspor”un 53, “Trabzonspor”un 48 xalı var.
Türkiyə, Super Liqa
37-ci tur
24 may
Qaziantep – Kasımpaşa 2:2
Qollar: Maksim, 24-pen. Ndiaye, 45+5 – Fall, 51. Da Kosta, 68.
Göztəpə – Qalatasaray 0:2
Qollar: K.Ayhan, 70. Morata, 90+1.
Eyüpspor – Antalyaspor 2:1
Qollar: Tiam, 40. Ampem, 42 – Qaiç, 87.
25 may
Başakşəhər – Adana Dəmirspor 2:3
Qollar: Keni, 20. Operi, 35 – Y.Barasi, 32-pen. Aliui, 65. Aymbetov, 90+4.
Beşiktaş – Rizəspor 1:2
Qollar: Joao Mario, 64 – S.Akaydın, 61. Sou, 90+1.
Kayserispor – Bodrumspor 1:1
Qollar: Nazon, 62 – Brazao, 13.
Konyaspor – Alanyaspor 1:2
Qollar: U.Nayir, 52 – Hvanq, 38. Y.Özdəmir, 40.
Trabzonspor – Samsunspor 2:2
Qollar: Malyeyro, 86; 88 – E.Kılınc, 27. Marius, 89.
26 may
Hatayspor – Fənərbağça 4:2
Qollar: E.Çetin, 44-öz qapısına. Butobba, 53. G.Sağlam, 63-pen. Okoronkvo, 66 – Ən-Nəsiri, 27. İ.C.Kahveci, 90+4.


