Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 31-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.
“Qaziantep” doğma meydanda “Hatayspor”a, “Kayserispor” “Kasımpaşa”ya, “Trabzonspor” isə “Rizəspor”a qalib gəlib. Səfərdə “Sivasspor”la qarşılaşan “Fənərbağça” da turu inamlı qələbə ilə başa vurub.
31-ci tura aprelin 14-də keçiriləcək “Eyüpspor” – “Adana Dəmirspor” oyunu ilə yekun vurulacaq.
Türkiyə, Super Liqa
31-ci tur
11 aprel
Samsunspor – Qalatasaray 0:2
Qollar: Y.Akgün, 14. Osimhen, 46.
12 aprel
Konyaspor – Göztəpə 1:0
Qol: Kramer, 24.
Beşiktaş – Başakşəhər 0:2
Qollar: Y.Sarı, 62; 76.
Bodrumspor – Antalyaspor 0:0
13 aprel
Qaziantep – Hatayspor 2:1
Qollar: Boatenq, 45+2. H.Dərvişoğlu, 59 – V.Abubakar, 38.
Kayserispor – Kasımpaşa 1:0
Qol: M.Kardozo, 76.
Sivasspor – Fənərbağça 1:3
Qollar: E.Bəkiroğlu, 57 – Taliska, 42. D.Tadiç, 47; 90.
Trabzonspor – Rizəspor 2:0
Qollar: Zubkov, 15; 21.
14 aprel
21:00. Eyüpspor – Adana Dəmirspor


