Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 30-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə də üç qarşılaşma baş tutub.
“Alanyaspor” doğma meydanda “Bodrumspor”a, “Hatayspor” isə “Eyüpspor”a minimal hesabla uduzub. “Fənərbağça” isə bu turda “Trabzonspor”la qarşılaşıb. Beş qolluq matçda hesabı Trabzon təmsilçisi açıb. Amma ikinci hissədə 4 qola imza atmış İstanbul nəhəngi əzmkar qələbəyə sevinib.
Turun qalan görüşləri aprelin 7-də keçiriləcək.
Türkiyə, Super Liqa
30-cu tur
4 aprel
Adana Dəmirspor – Kayserispor 0:2
Qollar: K.Yılmaz, 10. Bahoken, 52.
5 aprel
Rizəspor – Sivasspor 1:1
Qollar: B.Özcan, 70-pen – V.Şimiç, 84.
Başakşəhər – Konyaspor 1:0
Qol: Pyontek, 71-pen.
Antalyaspor – Samsunspor 2:1
Qollar: S.Dikmen, 45. Qaiç, 84 – Z.Yavru, 52.
6 aprel
Alanyaspor – Bodrumspor 0:1
Qol: A.Aytemur, 81.
Hatayspor – Eyüpspor 0:1
Qol: Tiam, 23.
Fənərbağça – Trabzonspor 4:1
Qollar: Taliska, 51-pen; 64; 77. Şkrinyar, 60 – Draquş, 45+4.
7 aprel
21:00. Göztəpə – Qaziantep
21:00. Kasımpaşa – Beşiktaş


