Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 20-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.
“Hatayspor” – “Pendikspor” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Azərbaycan millisinin hücumçusu Renat Dadaşov meydan sahiblərinin heyətində 63 dəqiqə oynasa da, fərqlənə bilməyib.
“Rizəspor”un qonağı olan “Adana Dəmirspor” isə turu məğlubiyyətlə başa vurub. Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev qonaqların heyətində 90 dəqiqə meydanda olub.
“Ankaragücü” “Kasımpaşa”nı, “Başakşəhər” “Alanyaspor”u məğlub yola salıb.
Uğursuz mövsüm keçirən “Beşiktaş” isə bu dəfə “Fatih Karagümrük”lə ev oyununda darmadağına sevinib. Bu oyunda “qara qartallar”ın yeni baş məşqçisi Fernando Santos debüt edib. Təcrübəli portuqal mütəxəssisin debütü uğurlu alınıb.
20-ci turun qalan oyunları 14 və 15 yanvarda keçiriləcək.
Türkiyə, Super Liqa
20-ci tur
13 yanvar
Ankaragücü – Kasımpaşa 3:1
Qollar: Muyakiç, 45+1. Bayiç, 64. Pedrinyo, 83 – A.Kara, 35.
Hatayspor – Pendikspor 1:1
Qollar: Rivas, 47 – Kappel, 90+4.
Başakşəhər – Alanyaspor 3:2
Qollar: D.Turuç, 35. Pyontek, 45+1. Fiqeyredo, 58 – Kordova, 2. Riçard, 61.
Beşiktaş – Fatih Karagümrük 3:0
Qollar: S.Kılıçsoy, 62. Raşiça, 65. J.Fernandes, 90+2.
Rizəspor – Adana Dəmirspor 1:0
Qol: Moçi, 54.
14 yanvar
14:30. İstanbulspor – Konyaspor
17:00. Antalyaspor – Trabzonspor
17:00. Samsunspor – Sivasspor
20:00. Qaziantep – Fənərbaxça
15 yanvar
21:00. Qalatasaray – Kayserispor


