Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 6-cı turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Hatayspor” doğma meydanda “Bodrumspor”la qarşılaşıb. Qonaqlar bu oyundan tək qolla qalib ayrılıblar.
6-cı turun qalan görüşləri sentyabrın 21-də, 22-də və 23-də keçiriləcək.
Türkiyə, Super Liqa
6-cı tur
20 sentyabr
Hatayspor – Bodrumspor 0:1
Qol: T.Seferi, 27.
21 sentyabr
18:00. Konyaspor – Sivasspor
21:00. Fənərbaxça – Qalatasaray
22 sentyabr
18:00. Kasımpaşa – Antalyaspor
18:00. Rizəspor – Samsunspor
21:00. Adana Dəmirspor – Alanyaspor
21:00. Beşiktaş – Eyüpspor
23 sentyabr
21:00. Qaziantep – Trabzonspor
21:00. Göztəpə – Kayserispor


