Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 36-cı turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Adana Dəmirspor” doğma meydanda “Hatayspor”la qarşılaşıb. Autsayderlərin duelində Hatay təmsilçisi 5 cavabsız qolla qalib gəlib. Qeyd edək ki, bu iki komandanın növbəti mövsümü Birinci Liqada keçirəcəyi dəqiqləşib.
36-cı turun qalan görüşləri mayın 18-də keçiriləcək. Bütün görüşlərə eyni saatda start veriləcək.
Türkiyə, Super Liqa
36-cı tur
17 may
Adana Dəmirspor – Hatayspor 0:5
Qollar: Butobba, 10; 61. Okoronkvo, 26; 38. J.Fernandes, 56-pen.
18 may
20:00. Alanyaspor – Beşiktaş
20:00. Antalyaspor – Qaziantep
20:00. Bodrumspor – Trabzonspor
20:00. Fənərbağça – Eyüpspor
20:00. Qalatasaray – Kayserispor
20:00. Kasımpaşa – Başakşəhər
20:00. Rizəspor – Göztəpə
20:00. Samsunspor – Sivasspor


