Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2022/2023 mövsümünün 21-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Kayserispor” doğma meydanda “İstanbulspor”la üz-üzə gəlib. Qonaqlar 90+5-ci dəqiqədə vurduqları yeganə qol sayəsində çətin qələbəyə seviniblər.
Beləliklə, 21 turdan sonra zirvədə qərarlaşmış “Fənərbaxça” ilə şəriklisi “Qalatasaray”ın 54 xalı var. “Trabzonspor” 37 xalla üçüncü, “Beşiktaş” 35 xalla dördüncü, “Rizəspor” 32 xalla beşinci pillədə qərarlaşıb. “Adana Dəmirspor”la “Antalyaspor”un 30, “Kasımpaşa”nın 29, “Başakşəhər”in 27, “Kayserispor” və “Sivasspor”un 26, “Ankaragücü” və “Alanyaspor”un 25, “Qaziantep” və “Samsunspor”un 22, “Fatih Karagümrük” və “Hatayspor”un 21, “Konyaspor”un 20, “Pendikspor”un 19 xalı var. Bu gün cari mövsümdəki 3-cü qələbəsini rəsmiləşdirən “İstanbulspor” isə 10 xalla sonuncu pillədə qərarlaşıb.
Türkiyə, Super Liqa
21-ci tur
20 yanvar
Kasımpaşa – Hatayspor 3:0
Qollar: Vink, 74. Da Kosta, 79. Fall, 89.
Alanyaspor – Rizəspor 2:1
Qollar: E.Karaca, 70. Sisto, 90+1 – Vareşanoviç, 51.
Fatih Karagümrük – Başakşəhər 1:1
Qollar: S.Dursun, 88 – Paoletti, 45-öz qapısına.
Adana Dəmirspor – Ankaragücü 1:1
Qollar: E.Akbaba, 52 – Pedrinyo, 63.
Pendikspor – Beşiktaş 4:0
Qollar: U.Nayir, 4. H.Akbunar, 70. M.Tiam, 74. Sekeyra, 82.
21 yanvar
Sivasspor – Qaziantep 2:2
Qollar: Manay, 8-pen; 15-pen – Draquş, 29. Djilobodji, 41.
Fənərbaxça – Samsunspor 1:1
Qollar: İ.C.Kahveci, 12 – E.Kılınc, 62.
Konyaspor – Antalyaspor 1:1
Qollar: Nzonzi, 43 – Buksa, 69.
Trabzonspor – Qalatasaray 1:5
Qollar: E.Destan, 79 – Zaha, 13; 61. K.Ayhan, 64. K.Aktürkoğlu, 80; 90+6.
22 yanvar
Kayserispor – İstanbulspor 0:1
Qol: A.Yaşar, 90+5.


