“Transfermarkt” portalı futbol üzrə Türkiyə çempionatının (Super Liqa) ən dəyərli futbolçularının yenilənmiş siyahısını açıqlayıb.
Arena.az xəbər verir ki, siyahıda “Fənərbaxça” və “Qalatasaray”ın 4 oyunçusu yer alıb.
Ən dəyərli iki futbolçu isə “Fənərbaxça”da çıxış edir. Bunlardan biri Ferdi Kadıoğlu, digəri Sebastyan Şimanskidir. Hər iki futbolçu hazırda 20 milyon avro məbləğində dəyərləndirilir. Elə üçüncü pillədə qərarlaşmış Fred də məhz “Fənərbaxça”nın uğurları üçün çalışır.
Super Liqa klublarının “Transfermarkt”a görə 10 ən dəyərli futbolçusunun siyahısını təqdim edirik:
- Ferdi Kadıoğlu (“Fənərbaxça”) – 20 milyon avro
- Sebastyan Şimanski (“Fənərbaxça”) – 20 milyon avro
- Fred (“Fənərbaxça”) – 19 milyon avro
- Mauro İkardi (“Qalatasaray”) – 18 milyon avro (-2 milyon avro)
- Davinson Sançes (“Qalatasaray) – 17 milyon avro (+1 milyon avro)
- Kerem Aktürkoğlu (“Qalatasaray”) – 17 milyon avro
- Cengiz Ünder (“Fənərbaxça”) – 16 milyon avro
- Əl-Musrati (“Beşiktaş”) – 16 milyon avro
- Lukas Torreyra (“Qalatasaray”) – 16 milyon avro
- Jedson Fernandes (“Beşiktaş”) – 16 milyon avro (-1 milyon avro).
Bahar Rüstəmzadə


