Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 14-cü turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Kocaelispor” doğma meydanda “Gənclərbirliyi” ilə üz-üzə gəlib. Oyunun taleyini bir qol həll edib. Yekunda meydan sahibləri 3 xala sevinib.
14-cü turun qalan görüşləri noyabrın 29-da, 30-da və dekabrın 1-də keçiriləcək.
Türkiyə, Super Liqa
14-cü tur
28 noyabr
Kocaelispor – Gənclərbirliyi 1:0
Qol: S.Dursun, 24.
29 noyabr
15:30. Rizəspor – Kayserispor
18:00. Qaziantep – Eyüpspor
21:00. Kasımpaşa – Başakşəhər
21:00. Trabzonspor – Konyaspor
30 noyabr
18:00. Antalyaspor – Göztəpə
21:00. Karagümrük – Beşiktaş
1 dekabr
21:00. Fənərbağça – Qalatasaray
21:00. Samsunspor – Alanyaspor


