Super Liqa nə vaxt bərpa olunacaq? – TFF prezidenti açıqladı

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa), eləcə də digər liqalarda oyunların bərpa olunacağı tarix müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi məlumat verib.

Onun sözlərinə görə, TFF-nin İdarə Heyəti çempionatlarda növbəti turun matçlarının dekabrın 19-dan etibarən keçirilməsini qərara alıb.

Xatırladaq ki, Türkiyə Super Liqasının 15-ci turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana çıxaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub. Bu səbəbdən yerli federasiya bütün liqaların təxirə salındığını açıqlamışdı. Həmçinin türkiyəli hakimlər də oyunları boykot edəcəklərini bəyan etmişdilər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: