Super Liqa: “Qalatasaray” 25-ci çempionluğu təmin etdi!

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 36-cı turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə səkkiz qarşılaşma baş tutub.

“Antalyaspor” – “Qaziantep” matçında qapılara qol vurulmayıb. “Alanyaspor” – “Beşiktaş” və “Bodrumspor” – “Trabzonspor” oyunlarında da qalib müəyyənləşməyib.

Beş qolun qeydə alındığı “Kasımpaşa” – “Başakşəhər” matçında qonaq komanda qələbə qazanıb. Günün digər oyunlarında isə meydan sahibləri 3 xala seviniblər. “Rizəspor” “Göztəpə” ilə 9 qolluq ev oyununda darmadağına sevinib. “Samsunspor” “Sivasspor”u, “Fənərbağça” da “Eyüpspor”u xalsız yola salıb.

Lider “Qalatasaray” da bu turda “Kayserispor”la üz-üzə gəlib. İstanbul təmsilçisi doğma meydanda darmadağınla qalib gələrək Super Liqada çempionluğu erkən surətdə təmin edib. “Sarı-qırmızılar” sona iki tur qalmış 89 xalla vahid liderdir. “Fənərbağça” 81 xalla ikinci, “Samsunspor” 60 xalla üçüncü pillədə qərarlaşıb. “Beşiktaş”ın 59, “Başakşəhər”in 54, “Eyüpspor”un 50 xalı var.

Qeyd edək ki, “Qalatasaray” tarixində 25-ci dəfə Türkiyə çempionu olub. İstanbul nəhəngi bu baxımdan rekordçudur. “Qalatasaray”ın ən yaxın izləyicisi 19 çempionluğu olan “Fənərbağça”dır. “Beşiktaş”ın 16 çempionluğu var.

Türkiyə, Super Liqa
36-cı tur

17 may

Adana Dəmirspor – Hatayspor 0:5
Qollar: Butobba, 10; 61. Okoronkvo, 26; 38. J.Fernandes, 56-pen.

18 may

Alanyaspor – Beşiktaş 1:1
Qollar: Hvanq, 40 – R.Silva, 71.

Antalyaspor – Qaziantep 0:0

Bodrumspor – Trabzonspor 1:1
Qollar: T.Antalyalı, 12 – M.Çam, 76-pen.

Fənərbağça – Eyüpspor 2:1
Qollar: Ən-Nəsiri, 32. Dzeko, 84 – U.Meraş, 90+4.

Qalatasaray – Kayserispor 3:0
Qollar: Osimhen, 26. B.A.Yılmaz, 29. Muslera, 89-pen.

Kasımpaşa – Başakşəhər 2:3
Qollar: Hayradinoviç, 22-pen. Y.Özcan, 60 – Duarte, 13. O.Kemen, 54. Opoku, 81.

Rizəspor – Göztəpə 6:3
Qollar: Hoyer, 11. Olavoyin, 32. Sou, 50. Zeqiri, 62; 87. Akintola, 85 – Romulo, 26; 45+2-pen. K.Günter, 77.

Samsunspor – Sivasspor 1:0
Qol: Dimata, 9.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: