Super Liqa: “Qalatasaray” “Başakşəhər”i 2 cavabsız qolla yendi

Bu gün futbol üzrə Türkiyə çempionatının (Super Liqa) 2023/2024 mövsümünün 25-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki görüş baş tutub.

“Fatih Karagümrük” doğma meydanda “Pendikspor”u 2 cavabsız qolla üstələyib. Son çempion “Qalatasaray” da İstanbulun digər təmsilçisi “Başakşəhər” üzərində inamlı qələbəyə sevinib.

25-ci turun qalan qarşılaşmaları 11-12 fevralda keçiriləcək.

Türkiyə, Super Liqa
25-ci tur
9 fevral

Adana Dəmirspor – Kasımpaşa 1:3
Qollar: Balotelli, 87 – Fall, 29. A.Kara, 32. Hayradinoviç, 57-pen.

10 fevral

Fatih Karagümrük – Pendikspor 2:0
Qollar: E.Mor, 31. G.Yalçın, 76.

Qalatasaray – Başakşəhər 2:0
Qollar: B.A.Yılmaz, 25. D.Mertens, 31.

11 fevral

14:30. Sivasspor – Rizəspor
17:00. İstanbulspor – Qaziantep
17:00. Konyaspor – Ankaragücü
20:00. Fənərbaxça – Alanyaspor

12 fevral

18:00. Trabzonspor – Hatayspor
21:00. Kayserispor – Beşiktaş
21:00. Samsunspor – Antalyaspor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: