Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 13-cü turunun oyunlarına start verilib
Arena.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
İki qolun qeydə alındığı “Eyüpspor” – “Karagümrük” matçında qalib müəyyənləşməyib. “Kayserispor” evdə “Qaziantep”ə böyük hesabla məğlub olub. Lider “Qalatasaray” isə “Gənclərbirliyi” ilə ev oyunundan çətin ələbə ilə ayrılıb.
13-cü turun qalan görüşləri noyabrın 23-də və 24-də keçiriləcək.
Türkiyə, Super Liqa
13-cü tur
22 noyabr
Kayserispor – Qaziantep 0:3
Qollar: Maksim, 39-pen. Bayo, 45.
Eyüpspor – Karagümrük 1:1
Qollar: Akbaba, 66 – Kranevitter, 90.
Qalatasaray – Gənclərbirliyi 3:2
Qollar: İkardi, 55. B.A.Yılmaz, 57. İ.Gündoğan, 66 – Nyanq, 22. M.Mimaroğlu, 77.
23 noyabr
15:30. Göztəpə – Kocaelispor
18:00. Alanyaspor – Kasımpaşa
18:00. Beşiktaş – Samsunspor
21:00. Rizəspor – Fənərbağça
24 noyabr
21:00. Başakşəhər – Trabzonspor
21:00. Konyaspor – Antalyaspor


