Super Liqa: “Qalatasaray” “Göztəpə”yə səfərdə qalib gəldi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 37-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Qaziantep” – “Kasımpaşa” matçında qalib müəyyənləşməyib. Üç qolluq “Eyüpspor” – “Antalyaspor” görüşü meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Çempionluğu ötən tur təmin etmiş “Qalatasaray” isə səfərdə “Göztəpə”yə 2 cavabsız qolla qalib gəlib.

Super Liqanın 37-ci turunun qalan görüşləri mayın 25-də və 26-da keçiriləcək.

Türkiyə, Super Liqa
37-ci tur

24 may

Qaziantep – Kasımpaşa 2:2
Qollar: Maksim, 24-pen. Ndiaye, 45+5 – Fall, 51. Da Kosta, 68.

Göztəpə – Qalatasaray 0:2
Qollar: K.Ayhan, 70. Morata, 90+1.

Eyüpspor – Antalyaspor 2:1
Qollar: Tiam, 40. Ampem, 42 – Qaiç, 87.

25 may

20:00. Başakşəhər – Adana Dəmirspor
20:00. Beşiktaş – Rizəspor
20:00. Kayserispor – Bodrumspor
20:00. Konyaspor – Alanyaspor
20:00. Trabzonspor – Samsunspor

26 may

21:00. Hatayspor – Fənərbağça

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: