Super Liqa: “Qalatasaray” qalib gəldi, “Beşiktaş” uduzdu

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

“Konyaspor” doğma meydanda “Kocaelispor”a, “Rizəspor” “Trabzonspor”a, “Beşiktaş” isə “Gənclərbirliyi”nə məğlub olub. “Başakşəhər”in qonağı olan “Qalatasaray” da turu qələbə ilə başa vurub.

Turun qalan görüşləri oktyabrın 19-da və 20-də keçiriləcək.

Türkiyə, Super Liqa
9-cu tur

18 oktyabr

Konyaspor – Kocaelispor 2:3
Qollar: Pedrinyo, 51-pen. U.Nayir, 77 – T.Bingöl, 44; 71. H.Keyta, 63.

Rizəspor – Trabzonspor 1:2
Qollar: Rak-Sakyi, 27 – F.Auqusto, 2. Onuaçu, 19.

Beşiktaş – Gənclərbirliyi 1:2
Qollar: C.Ünder, 47 – Yuraşek, 79-öz qapısına. Tonqya, 81.

Başakşəhər – Qalatasaray 1:2
Qollar: Şomurodov, 59 – Sane, 45+3; 61.

19 oktyabr

15:30. Kayserispor – Samsunspor
18:00. Alanyaspor – Göztəpə
18:00. Qaziantep – Antalyaspor
21:00. Fənərbağça – Karagümrük

20 oktyabr

21:00. Eyüpspor – Kasımpaşa

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: