Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 7-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda son çempion “Qalatasaray” səfərdə “Alanyaspor”la üz-üzə gəlib. İstanbul nəhəngi bu görüşdə ardıcıl 7-ci qələbəsini rəsmiləşdirib.
Qeyd edək ki, “Qalatasaray” yeni mövsümdə itkisiz irəliləyən yeganə komandadır – 21 xal!
7-ci turun qalan görüşləri sentyabrın 27-də, 28-də və 29-da keçiriləcək.
Türkiyə, Super Liqa
7-ci tur
26 sentyabr
Alanyaspor – Qalatasaray 0:1
Qol: İkardi, 23.
27 sentyabr
18:00. Eyüpspor – Göztəpə
18:00. Qaziantep – Samsunspor
21:00. Karagümrük – Trabzonspor
28 sentyabr
18:00. Konyaspor – Başakşəhər
18:00. Rizəspor – Kasımpaşa
21:00. Fənərbağça – Antalyaspor
21:00. Kayserispor – Gənclərbirliyi
29 sentyabr
21:00. Beşiktaş – Kocaelispor


