Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 32-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Alanyaspor” evdə “Samsunspor”la üz-üzə gəlib. Alanya təmsilçisi bu görüşün ilk dəqiqələrində vurduğu yeganə qol sayəsində Samsun klubunu xalsız yola salıb.
Beləliklə, Super Liqanın cari mövsümünün geridə qalmış 32 turundan sonra “Qalatasaray” 77 xalla vahid liderdir. “Fənərbağça” 72 xalla ikinci, “Samsunspor” 51 xalla üçüncü, “Eyüpspor” 50 xalla dördüncü, “Beşiktaş” 49 xalla beşincidir.
“Başakşəhər” 48, “Trabzonspor”, “Qaziantep” və “Kasımpaşa” 42, “Göztəpə”, “Konyaspor” və “Antalyaspor” 40, “Kayserispor” və “Rizəspor” 37, “Alanyaspor” və “Bodrumspor” 34 xal toplayıblar.
Türkiyə, Super Liqa
32-ci tur
18 aprel
Qalatasaray – Bodrumspor 2:0
Qollar: L.Torreyra, 29. D.Sançes, 81.
Hatayspor – Konyaspor 2:3
Qollar: B.Butobba, 8. A.Parmak, 32 – M.Yevtoviç, 10. L.Prip, 70. O.Ulğun, 90.
19 aprel
Kasımpaşa – Sivasspor 3:1
Qollar: C.Keleş, 6. M.Fall, 34. A.Kara, 90+9-pen – F.Koita, 84.
Adana Dəmirspor – Trabzonspor 0:1
Qol: S.Banza, 45.
Göztəpə – Beşiktaş 1:1
Qollar: İ.Köybaşı, 46 – Rafa Silva, 10.
20 aprel
Başakşəhər – Qaziantep 2:1
Qollar: Pyontek, 42-pen. Brniç, 45+4 – Okereke, 9.
Rizəspor – Eyüpspor 1:0
Qol: Klaro, 76-öz qapısına.
Fənərbağça – Kayserispor 3:3
Qollar: Taliska, 36; 79-pen. Sent-Maksimin, 64 – R.Çivelek, 7. Livakoviç, 48-öz qapısına. T.Sarıarslan, 90+4.
21 aprel
Alanyaspor – Samsunspor 1:0
Qol: Y.Özdəmir, 9.