Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 25-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
“Sivasspor” – “Konyaspor” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Üç qolun qeydə alındığı “Antalyaspor” – “Kasımpaşa” matçında meydan sahibləri qələbə qazanıblar. Beş qolluq “Samsunspor” – “Rizəspor” matçı isə qonaqların qələbəsiylə yekunlaşıb.
25-ci turun qalan görüşləri fevralın 23-də və 24-də keçiriləcək.
Türkiyə, Super Liqa
25-ci tur
21 fevral
Bodrumspor – Hatayspor 1:0
Qol: Puşkaş, 41.
Eyüpspor – Beşiktaş 1:3
Qollar: T.Bingöl, 1 – Rafa Silva, 18. Raşiça, 45+2. S.Kılıçsoy, 60.
22 fevral
Sivasspor – Konyaspor 1:1
Qollar: E.Başsan, 8 – Y.Erdoğan, 13.
Antalyaspor – Kasımpaşa 2:1
Qollar: S.Dikmen, 10. Samudio, 42 – Hayradinoviç, 90+5-pen.
Samsunspor – Rizəspor 2:3
Qollar: S.Akaydın, 23-öz qapısına. E.Kılınc, 41 – L.Satka, 52-öz qapısına. Sou, 86. Zeqiri, 88.
23 fevral
14:30. Kayserispor – Göztəpə
17:00. Alanyaspor – Adana Dəmirspor
20:00. Trabzonspor – Qaziantep
24 fevral
21:00. Qalatasaray – Fənərbaxça


