Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 18-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
“Sivasspor” doğma meydanda “İstanbulspor”a tək qolla qalib gəlib. Səfərdə “Fatih Karagümrük”lə üz-üzə gələn “Qaziantep” darmadağına sevinib. “Trabzonspor” – “Başakşəhər” matçında isə qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Turun qalan görüşləri dekabrın 24-25-də keçiriləcək.
Türkiyə, Super Liqa
18-ci tur
23 dekabr
Sivasspor – İstanbulspor 1:0
Qol: Manay, 86.
Fatih Karagümrük – Qaziantep 0:3
Qollar: Draquş, 27. Qradel, 49. A.Kızıldağ, 87.
Trabzonspor – Başakşəhər 1:1
Qollar: B.Mendi, 34 – Pelkas, 11.
24 dekabr
14:30. Konyaspor – Kayserispor
17:00. Adana Dəmirspor – Antalyaspor
20:00. Fənərbaxça – Qalatasaray
25 dekabr
18:00. Alanyaspor – Samsunspor
18:00. Kasımpaşa – Rizəspor
21:00. Hatayspor – Beşiktaş
21:00. Pendikspor – Ankaragücü


