Super Liqa: “Sivasspor” Konyadan qələbə ilə qayıtdı

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 15-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilib.

“Ankaragücü” – “Rizəspor” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Konyaspor” isə doğma meydanda “Sivasspor”a uduzub.

Beləliklə, 15 turdan sonra 40 xala malik “Fənərbaxça” liderdir. Eyni xala malik “Qalatasaray” ikinci, 29 xalı olan “Kayserispor” üçüncüdür. “Trabzonspor”la “Beşiktaş”ın 26, “Adana Dəmirspor” və “Antalyaspor”un 23, “Rizəspor”un 22, “Kasımpaşa”nın 21, “Hatayspor”, “Ankaragücü və “Sivasspor”un 18, “Fatih Karagümrük”ün 17 xalı var.

Türkiyə, Super Liqa
15-ci tur
8 dekabr

Qalatasaray – Adana Dəmirspor 3:1
Qollar: Boey, 22. K.Aktürkoğlu, 29. M.İkardi, 90+4-pen – M.Nyanq, 45+4-pen.

9 dekabr

Antalyaspor – Fatih Karagümrük 2:1
Qollar: V.Sarı, 7. A.Buksa, 13 – G.Yalçın, 42.

Samsunspor – Kasımpaşa 4:2
Qollar: M.Mondulmaci, 11; 22. E.Kılınç, 60. O.Ntçam, 75 – Y.Özcan, 90+1. Da Kosta, 90+5.

Beşiktaş – Fənərbaxça 1:3
Qollar: A.Çembrleyn, 24-pen – E.Dzeko, 10. D.Tadiç, 63-pen. S.Şimanski, 90+6.

10 dekabr

İstanbulspor – Alanyaspor 0:1
Qollar: Novaiş, 89-pen.

Başakşəhər – Hatayspor 1:0
Qollar: M.Abeyd, 11.

Kayserispor – Pendikspor 2:0
Qollar: M.Tiam, 61. S.Bahoken, 90+1.

Qaziantep – Trabzonspor 1:3
Qollar: Draquş, 80 – M.Trezeqe, 48; 76. A.Bakasetas, 59.

11 dekabr

Ankaragücü – Rizəspor 1:1
Qollar: Morutan, 14 – Qaiç, 90+7.

Konyaspor – Sivasspor 0:1
Qol: Njie, 15.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: