Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025 mövsümünün 3-cü turundan təxirə salınmış daha bir oyun keçirilib.
Arena.az xəbər verir ki, günün yeganə matçı “Trabzonspor”la “Kayserispor” arasında baş tutub.
Trabzon təmsilçisi məğlub durumda olduğu bu qarşılaşmadan son dəqiqələrdə vurduğu qollar sayəsində əzmkar heç-heçə ilə ayrılıb. Bununla da trabzonlular cari mövsümün startında keçirdikləri ardıcıl 4-cü oyundan heç-heçə ailə ayrılıblar. 4 xalı olan “Trabzonspor” 12-ci pillədə qərarlaşıb. 4 oyuna cəmi 3 xal toplamış “Kayserispor” isə 14-cüdür.
Türkiyə, Super Liqa
3-cü turun oyunu
19 sentyabr
Trabzonspor – Kayserispor 2:2
Qollar: U.Bozok, 89. Denvsil, 90+8 – H.A.Kaldırım, 12. Boa Morte, 63.


