Super Liqa: “Trabzonspor” “Karagümrük”ü 4 qolla yendi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 7-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Eyüpspor” – “Göztəpə” matçında qapılara qol vurulmayıb. Dörd qolun qeydə alındığı “Qaziantep” – “Samsunspor” matçında da qalib müəyyənləşməyib. Yeddi qolluq “Karagümrük” – “Trabzonspor” görüşü isə qonaqların çətin qələbəsiylə yekunlaşıb.

7-ci turun qalan görüşləri sentyabrın 28-də və 29-da keçiriləcək.

Türkiyə, Super Liqa
7-ci tur

26 sentyabr

Alanyaspor – Qalatasaray 0:1
Qol: İkardi, 23.

27 sentyabr

Eyüpspor – Göztəpə 0:0

Qaziantep – Samsunspor 2:2
Qollar: Lunqoyi, 45. Abena, 75 – Drongelen, 4. Ndiaye, 19.

Karagümrük – Trabzonspor 3:4
Qollar: T.Çukur, 28. Fofana, 90+1; 90+2 – F.Auqusto, 19. Onuaçu, 35; 45+8-pen. Sikan, 88.

28 sentyabr

18:00. Konyaspor – Başakşəhər
18:00. Rizəspor – Kasımpaşa
21:00. Fənərbağça – Antalyaspor
21:00. Kayserispor – Gənclərbirliyi

29 sentyabr

21:00. Beşiktaş – Kocaelispor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: