Super Liqa: Yeni mövsümün başlayacağı tarix açıqlandı

Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) növbəti – 2024/2025 mövsümünün başlayacağı tarix müəyyənləşib.

Arena.az xəbər verir ki, Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, növbəti çempionat avqustun 9-da start götürəcək.

Sonuncu turun qarşılaşmaları 2025-ci il iyunun 1-də gerçəkləşəcək.

Xatırladaq ki, Super Liqa cari mövsümdə mayın 26-da başa çatacaq.