Futbol üzrə Türkiyə Super Liqasında 3-5 aprel aralığında 32-ci turun oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, milli komandaların oyunlarına görə yaranmış fasilədən sonrakı ilk turun qarşılaşmaları öncəsi iştirakçı klubların kollektivləri koronavirus testindən keçiblər.
Bu oyunlar ərəfəsində Super Liqa iştirakçıları arasında bütövlükdə 16 yoluxma faktı qeydə alınıb. 21 klubdan yeddisində COVİD-19 testi pozitiv çıxan futbolçular aşkarlanıb. Ən çox yoluxma halı “Fənərbaxça”dadır.
Qeyd edək ki, bu gün Türkiyə Futbol Federasiyası 3 hakimin də koronavirus testinin pozitiv çıxdığını açıqlamışdı. Onları da nəzərə alsaq, Super Liqada hazırda koronavirus testi pozitiv çıxan 19 şəxs var.
Fənərbaxça – 5 yoluxma
Yeni Malatyaspor – 4
Beşiktaş – 2
Qalatasaray – 2
Başakşəhər – 1
Gənclərbirliyi – 1
Rizəspor – 1
Qeyd edək ki, Super Liqanın 32-ci turu çərçivəsində aşağıdakı oyunlar baş tutmalıdır:
3 aprel
14:30. Kayserispor – Göztəpə
17:00. Rizəspor – Fatih Karagümrük
17:00. Sivasspor – Trabzonspor
20:00. Hatayspor – Qalatasaray
4 aprel
14:30. Ərzurumspor – Konyaspor
17:00. Alanyaspor – Gənclərbirliyi
17:00. Ankaragücü – Antalyaspor
17:00. Başakşəhər – Yeni Malatyaspor
20:00. Kasımpaşa – Beşiktaş
5 aprel
20:00. Fənərbaxça – Dənizlispor
Əvvəlki turlarda keçirdiyi 29 oyuna 64 xal toplamış “Beşiktaş” birinci pillədə qərarlaşıb. 30 oyunda 61 xal toplamış “Qalatasaray” ikinci, 59 xalı olan “Fənərbaxça” isə üçüncüdür. “Trabzonspor” da 55 xal toplayıb və dördüncü pillədə qərarlaşıb.


