Super Liqaya sonuncu vəsiqə də sahibini tapdı

Futbol üzrə Türkiyə Super Liqasına vəsiqə qazanan sonuncu klubun adına aydınlıq gəlib.

Arena.az xəbər verir ki, sonuncu vəsiqə “Altay”a qismət olub.

Sözügedən komanda pley-offun finalında “Altınordu”ya 1:0 hesabıyla qalib gəlib. Atatürk Olimpiya Stadionunda baş tutan İzmir derbisində yeganə qolu 89-cu dəqiqədə Marko Payşao vurub.

Beləliklə, Mustafa Dənizlinin çalışdırdığı “Altay” 18 illik fasilədən sonra Super Liqada iştirak hüququ qazanıb. Daha öncə TFF 1-ci liqada çempion olan “Adana Dəmirspor” və ikinci pilləni tutan “Girəsunspor” klubları elitaya vəsiqəni təmin etmişdi.

Xatırladaq ki, 2020/21 mövsümünün yekununa əsasən, Super Liqanı “Ərzurumspor”, “Ankaragücü”, “Gənclərbirliyi” və “Dənizlispor” klubları tərk edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: