Tayvo Avoniyi “Koventri Siti”də!

“Nottingem Forest”in nigeriyalı hücumçusu Tayvo Avoniyi bundan sonra İngiltərənin digər klubu “Koventri Siti”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə sözügedən klubun rəsmi saytına istinadən xəbər verir.

Frenk Lempardın çalışdırdığı komanda 29 yaşlı futbolçunun transferi üçün “Nottingem Forest”ə 10,5 milyon avro ödəyib. Tərəflər arasında imzalanmış müqavilənin müddəti açıqlanmayıb.

Xatırladaq ki, Tayvo Avoniyi “Nottingem Forest”ə 2022-ci ilin iyulunda Almaniyanın “Union Berlin” klubundan 20,5 milyon avro müqabilində keçmişdi. O, ötən mövsüm Premyer Liqada 17 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Avoniyinin “Nottingem Forest” karyerası bütövlükdə 103 oyun, 23 qol və 6 assistdən ibarətdir.

Avoniyi daha öncə “Union Berlin”, “Muskron”, “Gent2, “NEK Neymegen”, “Frankfurt”, “Maynts”, “Kalmar” kimi klubların da formasını geyinib.

29 yaşlı forvard 2021-ci ildən formasını geyindiyi Nigeriya millisinin heyətində 10 oyuna çıxıb, 2 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: