“Milan”ın 26 yaşlı niderlandlı mərkəz yarımmüdafiəçisi Ticani Reynders İtaliya A Seriyasının ən yaxşı yarımmüdafiəçisi seçilib.
Arena.az bu barədə İtaliya A Seriyasının mətbuat xidmətinə istinadən məlumat verir.
2024/2025-ci illət mövsümündə Reynders A Seriyasında 37 oyun keçirib, 10 qol vurub və 5 məhsuldar ötürmə verib.
Ticani Reynders böyük futbolda “Zvolle” ilə debüt edib, ardınca “Alkmar”da və icarə əsasında “Valveyk”də oynayıb. Reynders “Milan”a 2023-cü ilin iyul ayında 20,50 milyon avro məbləğ müqabilində “Alkmar”dan tamhüquqlu müqavilə əsasında keçib.
Reynders cari mövsümdə “Milan” üçün bütün yarışlarda 54 oyuna çıxıb, 15 qol və 5 məhsular ötürmə ilə fərqlənib.
Reyndersin “rossoneri”nin heyətində çıxışının ümumi mənzərəsi 104 oyun, 19 qol və 9 məhsuldar ötürmədən ibarətdir.
Ticani Reynders 2023-cü ilin sentyabr ayında debüt etdiyi Niderland yığmasının heyətində 22 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.
Reyndersin qənimətlər muzeyində “Milan”la qazandığı İtaliya Kuboku (2024/2025) var.
“Transfermarkt” internet-portalı 26 yaşlı niderlandlı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.


