İtaliyanın “Milan” klubu niderlandlı mərkəz yarımmüdafiəçisi Ticani Reynders ilə müqaviləsinin müddətini uzatdığını açıqlayıb.
Arena.az bu barədə A Seriyası təmsilçisinin rəsmi saytına istinadən məlumat verir.
Yenilənmiş müqavilənin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.
Xatırladaq ki, futbolçunun əvvəlki müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuşdu.
Mətbuatda yayılmış xəbərlərə görə, Reyndersin yeni müqavilə üzrə mövsüm ərzindəki maaşı 3 milyon avro məbləğə yüksəlib.
Ticani Reynders böyük futbolda “Zvolle” ilə debüt edib, ardınca “Alkmar”da və icarə əsasında “Valveyk”də oynayıb. Reynders “Milan”a 2023-cü ilin iyul ayında 20,50 milyon avro məbləğ müqabilində “Alkmar”dan tamhüquqlu müqavilə əsasında keçib.
Reynders cari mövsümdə “Milan” üçün bütün yarışlarda 40 oyuna çıxıb, 12 qol və 3 məhsular ötürmə ilə fərqlənib.
Reyndersin “rossoneri”nin heyətində çıxışının ümumi mənzərəsi 90 oyun, 16 qol və 7 məhsuldar ötürmədən ibarətdir.
Ticani Reynders 2023-cü ilin sentyabr ayında debüt etdiyi Niderland yığmasının heyətində 20 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.
Ticani Reyndersin qənimətlər muzeyində “Milan”la qazandığı İtaliya Kuboku (2024/2025) var.
“Transfermarkt” internet-portalı 26 yaşlı niderlandlı mərkəz yarımmüdafiəçisi Ticani Reyndersin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.


