“Tottenhem” Kota Takai ilə gücləndi

“Tottenhem” 20 yaşlı yapon mərkəz müdafiəçisi Kota Takaini “Kavasaki Frontale”dən tamhüquqlu əsasda heyətinə qatıb.

Arena.az bu barədə “Tottenhem”in rəsmi saytına istinadən məlumat verir.

Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçid London klubuna 5,8 milyon avro məbləğ müqabilində başa gəlib.

Kota Takai “Kavasaki Frontale”nin məzunudur və ancaq doğma klubu üçün çıxış edib.

2024/2025-ci illər mövsümündə Takai “Kavasaki Frontale” üçün 31 oyuna 2 qolla fərqlənib.

Yapon müdafiəçinin doğma klubu üçün çıxışının ümumi mənzərəsi isə 81 oyun 4 qol və 1 məhsuldar ötürmədən ibarətdir.

Kota Takai 2024-cü ilin sentyabr ayında debqt etdiyi Yaponiya yığmasının heyətində 4 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Takainin qənimətlər muzeyində “Kavasaki Frontale” ilə qazandığı Yaponiya Kuboku (2023) və Yaponiya Super Kuboku (2024) var.

“Transfermarket” internet portalı 20 yaşlı yapon mərkəz müdafiəçisinin transfer dəyərini 2,50 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: