“Tottenhem” Mikki van de Venlə müqaviləni yenilədi

İngiltərənin “Tottenhem” klubu Niderland milli komandasının da üzvü olan mərkəz müdafiəçisi Mikki van de Venlə müqavilənin müddətini uzadıb.

Arena.az bu barədə London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Klub futbolçu ilə 5 illik yeni müqavilə imzalandığını rəsmən açıqlayıb.

Niderlandın “De Telegraaf” nəşrinin məlumatına görə, Van de Ven yeni müqavilənin müddəti ərzində 75 milyon avro qazanacaq.

Daha əvvəl müdafiəçiyə İspaniyanın “Barselona” və İngiltərənin “Liverpul” klublarının maraq göstərdiyi bildirilmişdi.

Mikki van de Ven peşəkar karyerasına “Volendam”da başlayıb. Buradan Almaniyanın “Volfsburq” komandasına keçmiş müdafiəçi 2023-cü ildən “Tottenhem”in sıralarındadır. Van de Ven ötən mövsüm İngiltərə Premyer Liqasında 35 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Niderlandlı futbolçu İngiltərə klubunun heyətində bütövlükdə 96 oyun keçirib, 10 qol və 3 assistlə yadda qalıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: