“Tottenhem” Nuno Espirito Santo ilə vidalaşdı

İngiltərənin “Tottenhem” klubu baş məşqçisi Nuno Espirito Santo ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib. İstefaya London təmsilçisinin cari mövsümdəki uğursuz çıxışı səbəb olub.

Xatırladaq ki, Nuno Espirito Santo “Tottenhem”ə bu ilin 30 iyununda baş məşqçi təyin olunmuş və 2 illik müqaviləyə imza atmışdı. Buna qədər o, 2017-ci ildən İngiltərənin digər klubu “Vulverhempton”a rəhbərlik edirdi. 47 yaşlı məşqçi əvvəllər “Rio Ave”, “Valensiya” və “Portu”da da baş məşqçi kimi çalışıb.

“Tottenhem” Premyer Liqada bu mövsüm keçirdiyi 10 oyunda cəmi 15 xal toplayıb və 8-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: