“Tottenhem” Sançesi bu yolla “Spartak”a keçməyə məcbur edir

“Tottenhem” komandanın kolumbiyalı mərkəz müdafiəçisi Davinson Sançesi Moskva “Spartak”ına satmaqda israrlıdır.

Arena.az bu barədə “Tuttomercatoweb” portalına istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Sançes “Spartak”a keçmək təklifini qəbul etməyə tələsmədiyi üçün İngiltərə klubu müdafiəçisini komanda ilə məşqlərdən kənarlaşdırıb. “Mahmızlar” Sançesin bir ildən sonra, klubla müqaviləsi başa çatdıqdan sonra klubu azad agent qismində havayı tərk edə biləcəyindən narahatdırlar və buna görə də onun “Spartak” keçməsində israrlıdırlar.

Daha əvvəl məlum olmuşdu ki, kolumbiyalı müdafiəçinin agentinin müştərisinin “Spartak”a keçidinin uğursuzluğa düçar olduğunu açıqlayıb. Məsələdə siyasi məqamların qabardılması istisna deyil. Ancaq buna rəğmən, Sançeslə “Spartak” arasında danışıqlar davam edir. Rusiya nəhənginin Sançes üçün 13 milyon avro ödəməyə hazır olduğu ehtimal edilir.

“Tottenhem” Sançesin xidmətində maraqlı deyil. Kolumbiyalı müdafiəçi əsas heyətə çox nadir hallarda salınır. Davinson Sançes ötən mövsüm 24 oyunda meydana çıxaraq, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Bu oyunların 10-da müdafiəçi meydana sonradan, əvəzedici kimi çıxıb.

“Transfermarkt” internet-portalı 27 yaşlı Davinson Sançesi 15 milyon avro məbləğində qiymətləndirir.

Bir müddət əvvəl “Qalatasaray”ın da Sançesin xidməyində maraqlı olduğu haqda məlumat yayılmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: