Ukraynanın “Şaxtyor” (Donetsk) klubunun İsraildən olan hücumçusu Manor Solomon “Tottenhem”ə transfer ediləcək.
Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir.
Mənbənin məlumatına görə, “Şaxtyor”la cari müqaviləsinə rəğmən, Solomon azad agent qismində London klubuna qoşulacaq. Ancaq bu keçid FIFA ilə razılaşdırıldıqdan sonra baş tutacaq.
Bildirilir ki, tərəflər müqavilənin şəxsi şərtlərini razılaşdırıblar. İsrailli hücumçu gələn həftə tibbi müayinədən keçəcək.
2022/2023 mövsümündə Solomon icarə əsasında “Fulhem”də çıxış edib. O, bu komandanın heyətində 24 oyunda meydana çıxaraq, 5 qol vurub.
“Transfermarkt” internet-portalı Manor Solomonu 18 milyon avro məbləğində qiymətləndirir.


