Neven Subotiç Türkiyə klubundan ayrıldı, Avstriyaya üz tutdu

Bir neçə gün öncə Türkiyənin “Dənizlispor” klubu ilə müqaviləsinə xitam verən Serbiya yığmasının sabiq müdafiəçisi Neven Subotiçin yeni iş yeri müəyyənləşib.

Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu bundan sonra karyerasını Avstriya çempionatında davam etdirəcək.

O, bu ölkənin “Altax” klubu ilə anlaşıb. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. O, azad agent statusu ilə keçdiyi “Altax”la mövsümün sonuna kimi müqavilə bağlayıb.

Qeyd edək ki, Neven Subotiç “Dənizlispor”a mövsümün əvvəlində keçmişdi. O, daha öncə “Maynts”, “Borussiya” (Dortmund), “Köln”, “Sent-Etyen”, “Union Berlin” klublarında da forma geyinib.