Türkiyə Super Liqasında əvəzolunmaz 6 futbolçu

Futbol üzrə Türkiyə Super Liqasında 2023/2024 mövsümünün geridə qalmış 17 turundan sonra maraqlı faktlar üzə çıxıb.

Arena.az xəbər verir ki, ilk dövrə ərzində iştirakçı 20 komandanın heyətində ümumilikdə 524 futbolçu meydanda olub.

Bu oyunçulardan 42-si 17 matçın hamısında oynaması ilə diqqət çəkib. 6 futbolçu isə bütün oyunlarda 90 dəqiqə meydanda qalıb.

İlk dövrədə “Kasımpaşa”dan 6, “Sivasspor”dan 5, “Qalatasaray” və “Konyaspor”dan 4, “Fənərbaxça”, “Kayserispor” və “Alanyaspor”dan 3, “Antalyaspor”, “Qaziantep”, “Adana Dəmirspor”, “İstanbulspor” və “Pendikspor”dan 2, “Fatih Karagümrük”, “Hatayspor”, “Ankaragücü” və “Samsunspor”dan isə 1 futbolçu bütün matçlarda meydanda olub.

Yalnız “Beşiktaş”, “Trabzonspor”, “Rizəspor” və “Başakşəhər”dəki futbolçulardan heç biri 17 matçın hamısında çıxış edə bilməyib.

Super Liqanın 17 həftəlik birinci hissəsində heç bir matçı buraxmayan futbolçular aşağıdakılardır:

Kasımpaşa: Kladio Vink, Aytaç Kara, Haris Hayradinoviç, Mortada Ben Ones, Gökhan Gül, Yasin Özcan;

Sivasspor: Ali Şaşal Vural, Uğur Çiftçi, Caner Osmanpaşa, Samuel Says, Yunus Emre Konak;

Qalatasaray: Saşa Boey, Mauro İkardi, Kerem Aktürkoğlu, Barış Alper Yılmaz;

Fənərbaxça: Duşan Tadiç, Sebastyan Şimanski, İrfan Can Kahveci;

Alanyaspor: Efecan Karaca, Joao Novaiş, Karlos Eduardo;

Kayserispor: Bilal Bayazıt, Mame Tiam, Xosep Attama;

Antalyaspor: Bünyamin Balcı, Erdoğan Yeşilyurt;

Adana Dəmirspor: Semih Güler, Yusuf Erdoğan;

Qaziantep: Papiss Cilobodji, Mustafa Eskihellaç;

İstanbulspor: Muammer Sarıkaya, Cekson Laurentino;

Pendikspor: Nuno Sekuera, Halil Akbunar;

Hatayspor: Qay-Marselin Kilama;

Ankaragücü: Efkan Bekiroğlu;

Fatih Karagümrük: Sofyan Fequli;

Samsunspor: Emre Kılınç.

Super Liqanın əvəzolunmazları

22 oyunçu bütün matçlarda əsas heyətdə olub. İlk dövrədə heç bir matçı buraxmayan 42 futbolçudan 22-si bütün matçlarda ilk 11-də başlayıb. Bu futbolçulardan Pol Bernardoni, Semih Gülər, Bilal Bayazit, Saşa Boey, Ali Şaşal Vural və Qay-Marselin Kilama bütün matçlarda hərəyə 90 dəqiqə meydanda olub.

Papiss Cilobodji, Kladio Vink, Mame Tiam, Uğur Çiftçi, Nuno Sekuera, Mustafa Eskihellaç, Caner Osmanpaşa, Xosep Attama, Aytaç Kara, Duşan Tadiç, Soner Dikmen, Haris Hayradinoviç, Efecan Karaca, Samuel Says, Emre Yunus Konak və Emre Kılınç bəzi oyunlarda əvəzlənsələr də, bütün matçların start heyətinə düşə biliblər.

Xatırladaq ki, Türkiyə Super Liqasında hazırda 44 xala malik “Fənərbaxça” liderdir. Eyni xala malik “Qalatasaray” ikinci, 30 xalı olan “Trabzonspor” üçüncüdür. “Kayserispor”la “Beşiktaş”ın 29, “Adana Dəmirspor”un 27 xalı var. “Rizəspor”un 26, “Antalyaspor”un 24, “Kasımpaşa”nın 23, “Sivasspor”un 21, “Ankaragücü” və “Alanyaspor”un 20, “Hatayspor”, “Başakşəhər” və “Qaziantep”in 19, “Konyaspor”un 18, “Fatih Karagümrük”ün 17, “Samsunspor”un 15, “Pendikspor”un 14, “İstanbulspor”un 8 xalı var.

Nihad Əsədov

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: