Tyaqo Silva: “Rusiyadakı altı ay həyatımda ən pis dönəmdir”

Braziliya yığmasının müdafiəçisi və kapitanı, “Çelsi”də çıxış edən “Bədheybət” ləqəbli Tyaqo Silva karyerasının ən çətin dövründən danışıb.

Arena.az “Çelsi”nin rəsmi saytına istinadən Tyaqo Silvanın bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Mən Rusiyada altı ay keçirdim. Bu, həyatımın ən pis dövrlərindən biri idi. Nə vaxtsa yenidən futbol oynaya biləcəyimi bilmirdim. Mən sadəcə belə olacağını xəyal edirdim, amma buna əmin deyildim.
“Portu”dan icarə əsasında Moskva “Dinamo”suna keçdim və mövsümöncəsi qəfildən səhhətim pisləşdi. Məndən müayinə üçün bir neçə nümunə götürdülər, vərəm xəstəliyinə tutulduğum və xəstəliyin artıq çox inkişaf etdiyi təsdiqləndi. Xəstəlik o qədər inkişaf etmişdi ki, həkimlər xəstəxanada qalmağımın müalicə üçün daha yaxşı olacağına qərar verdilər.

Rusiyada həkimlər ağciyərimi əməliyyat etmək istəyirdilər. Onda, bir daha futbol oynamayacağımı dəqiq bilirəm. Həqiqətən çətin vaxt idi. Ətrafımdakı, mənə ən yaxın olan insanların məsləhətlərinə qulaq asırdım. Anam, sevgilim, menecerim. Mən onları dinlədim və onların dediklərini etməli olduğumu bilirdim. Onlar mənim üçün yalnız ən yaxşısını istəyirdilər və bilirdim ki, məhz onlar mənim haqqımda qayğılanırlar. Qərar qəbul edildi. Vəkilim mənim Rusiyadakı xəstəxanadan çıxmağımı və müalicəmi Portuqaliyada başa çatdırmağımı təşkil etdi. Bu, mənim üçün həqiqətən vacib idi.
Mən daha üç ay orada qaldım. Hər gün dərman qəbul edir, gündəlik gəzintilərə çıxırdım. Bu, uzun bir intizar idi. Amma nəhayət mütəxəssisə müraciət etmək imkanım oldu və o, mənə təmkinli, sakit olmağımı dedi. Sakit ol?! Mən necə sakit qala bilərdim?

Ardından, bir müddət sonra o, mənə əlacsızca çox eşitmək istədiyimi dedi. Mən yenidən futbola qayıdıb arzumu həyata keçirə bilərdim. Həyatımın çətin bir dönəmindən çıxan kimi, qalib gələcəyimi bilirdim. Bu, təkcə öz arzumu, özümün futbol oynamaq taleyini həyata keçirməyim ilə deyil, həm də can atdığım və arzuladığım bütün titulları qazanmağım ilə bağlıdır”.

Xatırladaq ki, 2022/2023 mövsümündə Tyaqo Silva “Çelsi”nin heyətində 35 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib. O, Braziliya millisində 113 oyun keçirib, 7 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: