UEFA “Tottenhem”ə üzrxahlıq ünvanladı

Məlum olduğu kimi, “Tottenhem” Avropa Liqasının final oyununda “Mançester Yunayted” üzərində 1:0 hesablı qələbə qazanıb.

Arena.az məlumat verir ki, “mahmızlar”ın oyunçularının təltif edilməsi zamanı, medal dəsti əskik olub.

Nəticədə “Tottenhem”in kapitanı, 32 yaşlı cənubikoreyalı sol cinah hücumçusu Son Hın Min və “mahmızlar”ın daha iki oyunçusu medalsız qalıblar. “Sonni” kuboku başı üzərinə medalsız qaldırmalı olub.

UEFA baş vermiş bu ehtiyatsızlıq müqabilində “Tottenhem”ə üzrxahlıq ünvanlayıb:

“Bizim böyük təəssüfümüzlə, oyunçuların sayına gözlənilmədən qeyri-müvafiqlik səbəbilə səhnədə təltifetmə zamanı bizim kifayət qədər medal miqdarımız olmayıb. Medallar qalib komandanın paltardəyişmə otağına təxirəsalınmadan və diqqətsizliyimizə görə bizim səmimi üzrxahlığımızla göndərilib” – “Reuters” agentliyi UEFA-nın mətbuat xidmətinin adı açıqlanmayan əməkdaşından sitat gətirir.

Avropa Liqasın qazanmış “Tottenhem” növbəti mövsümün Çempionlar Liqasının Liqa mərhələsindən mübarizəyə qoşulacaq. İngiltərə nəhəngi “Mançester Yunayted” isə avrokuboklarsız qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: