UEFA Yurgen Klopu təhqir etmiş hakimi cəzalandırdı

Qalmaqallı ingilis hakim Devid Kut UEFA tərəfindən müddəti 2026-cı ilin yayına qədər qüvvədə olacaq cəza tədbiri alıb.

Arena.az bu barədə “The Sun” nəşrinə istinadən məlumat verir.

UEFA vurğulayıb ki, Kut “futbolun və xüsusilə UEFA-nın nüfuzuna xələl gətirməsi” və həmçinin “ləyaqətli davranışın əsas qaydalarını pozması” səbəblərilə cəzalandırılıb.

Xatırladaq ki, sosial şəbəkələrdə yayılmış videoda ingilis baş hakim Devid Kutun, o vaxt “Liverpul”u çalışdıran alman mütəxəssis Yurgen Klopp haqda səsləndirdiyi fikirlər İngiltərədə böyük qalmaqala səbəb olmuşdu. Kut, Klopu “axmağın dal ayağı” adlandırmış, alman mütəxəssisin ünvanına digər “gözəl sözlər” ünvanalmış, Bununla yanaşı, Kut həmsöhbətinə videonun ictimaiyyətə sızmaması gərək olduğunu da vurğulamşdı. Amma video geniş kütləyə sızmışdı.
İlk qarşılıq olaraq, Kut bu videonu saxta adlandırsa da, sonradan qələtini etiraf etmiş, amma vurğulamışdı ki, söhbətin məzmunu xatırlamır.

Əlavə edək ki, sonralar UEFA Devit Kuta qarşı yeni təhqiqata başlayıb. Təxminlərə görə, ingilis haim 2024-cü ildə Almaniyada keçirilmiş Avropa çempionatındakı işi müddətində qadağan edilmiş maddələr qəbul edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: