Ueyn Runi: “20 yaşımda lülqənbər olana qədər içərdim”

“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi gəncliyində psixoloji gərginliklə spirtli içkilər vasitəsilə mübarizə apardığını açıqlayıb.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən Runinin bu barədə fikirlərini təqdim edir:

“20 yaşım olanda alkoqol mənə rahatlaşmağım üçün kömək edirdi. Özümə gəlirdim, bir neçə gün evdə qalırdım, küçəyə çıxmırdım. Demək olar ki, huşumu itirənə qədər içirdim. Başqalarının yanında olmaq istəmirdim, çünki bəzən utanırdım. Bəzən elə hiss edirsən ki, insanları məyus edirsən və sonda mən bu vəziyyətin öhdəsndən necə gələcəyimi bilmirdim.
Başqalarının köməyi və məsləhətini qəbul etmədiyiniz zaman dibə çökə bilərsiniz. Bir neçə ildə mənim başıma gələnlər bunlar idi. Xoşbəxtlikdən, bu gün mən artıq fəsadlarımı insanlarla bölüşməkdən qorxmuram”, deyə ingilis sabiq futbolçu səmimi etiraf edib.

Xatırladaq ki, UEFA Runi hazırda məşqçiliklə məşğuldur. O, Çempionşip təmsilçisi “Birmingem Siti”ni çalışdırır. Tərəflər arasında müqavilənin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: