“Mançester Yunayted”in keçmiş hücumçusu Ueyn Runi “Arsenal”ın UEFA Çempionlar Liqasındakı çıxışı ilə bağlı qənaətini açıqlayıb.
Arena.az veteran futbolçunun müvafiq açıqlamasını təqdim edir:
“UEFA Çempionlar Liqasını qazanması üçün “Arsenal”ın belə bir fürsəti çoxdandır yox idi. Klub heyət üzərində çox yaxşı işləyib və İngiltərə Premyer Liqasında güclü çıxış edir. Əgər onlar müvafiq oyunu UEFA Çempionlar Liqasına köçürə bilsələr, qalibiyyət üçün çox yaxşı fürsətə malik olacaqlar”, deyə Runi vurğulayıb.
Ueyn Runi, “Çelsi”nin ispaniyalı sol cinah müdafiəçisi Mark Kukurekyanın UEFA Çempionlar Liqası çərçivəsində Londonda “Barselona”ya qarşı oyununu da tərifləyib:
“Kukurelya inanlmaz idi. Düşünürəm ki, onun çıxışı, sol cinah müdafiəçilərinin xatırladığım ən yaxşı çıxışlarından biridir. O, ciddi müdafiəçi olduğunu sübut etdi”, deyə Runi vurğulayıb.
Xatırladaq ki, bu oyunda “zadəganlar” Kataloniya nəhəngini 3:0 hesabı ilə məğlub ediblər.


