İngiltərə millisinin və “Mançester Yunayted”in keçmiş hücumçusu Ueyn Runi vaxtilə “Barselona”ya baş tutmamış keçidini xatırlayıb.
Arena.az veteran futbolçunun müvafiq xatirəsini təqdim edir:
“2010-cu ildə mən “Mançester Yunayted”dən satışa çıxarılmağımı istədim. Daha çox üç klub xidmətimdə maraqlı idi – “Çelsi”, “Real” və “Barselona”. Mən daha çox “Barselona” ilə ünsiyyət edirdim. Nəticədə mən heç yerə getməyib, qaldım, amma həmin “Barselona” hamının oynamaq istədiyi inanılmaz komanda idi”, deyə Runi vurğulayıb.
Hazırda məşqçi olaraq fəaliyyət göstərən, amma işsiz olan Ueyn Runi bir futbolçu kimi “Everton”un yetirməsi olub. “Qənnadçılar”ın düşərgəsindən “Mançester Yunayted” keçmiş Runi məhz “qırmızı şeytanlar”ın heyətində parlayıb. Runi 2004-2017-ci illərdə “qırmızı şeytanlar”ın heyətində 559 oyun keçirib, 253 qol vurub, 140 məhsuldar ötürmə verib.
Ueyn Runi “Mançester Yunayted”lə İngiltərə Premyer Liqasını (5 dəfə), İngiltərə Kubokunu, İngiltərə Liqa Kunokunu (4 dəfə), İngiltər Super Kubokunu (4 dəfə), Çempionlar Liqasını, Avropa Liqasını, FIFA Klub Dünya Kubokunu qazanıb, həmçinin çoxsaylı fərdi mükafatlara layiq görülüb.
Runi 2003-cü ilin fevral ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 120 oyuna 53 qol və 21 məhsuldar ötürmə ilə fərqlənib.


